Activity Report

Meydan TV
Meydan TV
@meydantv
Followers: 948,215Posts: 16,290Following: 4
Şikayətinizi, probleminizi bizə yazın: +4915777662277 Sosial şəbəkələrə keçid:
View all posts from @meydantv
Vacibdir, sona qədər oxuyun: 

Bu gün Meydan TV əməkdaşlarının həbsindən 2 ay keçir. Biz Meydan TV jurnalistlərimizin qanunsuz həbsini pisləyirik. Meydan TV 10 ildən artıqdır ki, daim təqib və təzyiqlərə məruz qalıb. Bəyan edirik ki, əməkdaşlarımıza verilən ittihamlar qanunsuz və quramadır, onlar peşə fəaliyyətinə görə şərlənərək həbs ediliblər. 

Meydan TV həmişə həqiqətin yanında olub və olacaq. Biz 12 ildir sizin problemlərinizi işıqlandırmağa çalışmışıq, bundan sonra da işimizi ağır şərtlər altında olmasından asılı olmayaraq davam etdirəcəyik. Jurnalistlərimizə və digər həbs edilən media işçilərinə azadlıq tələb edirik! 

Vətəndaşlardan da xahiş edirik ki, çəkdiyiniz qanunsuzluqları, problemlərinizi bizə göndərin, vətəndaş jurnalistikasına töhfə verin. 

Şikayətlərinizi sosial media səhifələrimizin inboks bölümünə və ya WhatsAPP nömrəmizə göndərə bilərsiniz: +4915777662277
335 1440
“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əlinin saxlanıldığı həbsxanadan məktubu:

Ölkədə heç nəyin müsbətə doğru dəyişmədiyinin işarəsi də bu ilin iyul ayında baş tutan rep qarşıdurmasından sonra baş verən həbslərdir. Pasterin çıxdığı battle-da rəqibi EPİ inzibati qaydada həbs olunub. O da hakim ailəyə məxsus “Paşabank” və “Kapital Bank”ın adlarını çəkib deyə Pasterin aqibətini yaşadı və 30 gün müddətinə həbs olundu. Həmin battle-da Paster tədbiri təşkil edənləri “ilişən var və bu gün kontrakta salınan  bir şərt var” bəhanəsi ilə onu senzuralamaqda ittiham edib. Buna haqq qazandırmasam da səbəb aydındır: qadağan olunmaq qorxusu.

FTB də EPİ-dən cəmi bir gün sonra açıq havada söyüş söydüyünə görə İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni əmrinə tabe olmama maddələri ilə 25 gün müddətinə inzibati həbs cəzası alıb. 

Yuxarıda sadaladığım şəxslərin heç birinin məqsədi ifadə azadlığına xidmət etmək deyil, əslində heç kimin buna borcu da yoxdur. Heç dövlət üçün də bunun əhəmiyyəti də yoxdur, vacib olan onun müəyyən etdiyi çərçivədən kənara çıxmamaqdır. İncəsənət ifadə azadlığının ən güclü silahlarında hesab olunsa da, nəyəsə xidmət etməməlidir, o sadəcə azad olmalıdır. Bu insanlar da sadəcə sənətlə məşğul olduqlarına görə cəzalandırılıblar. Ölkədəki vəziyyətdən hamı xəbərdar olsa da, narazı kütlənin qulağını oxşayan xırda iynələyici söz onların qulağından tikan çıxarır. Dövlət də bunu bildiyi üçün bu xırda qığılcımlardan ilham alaraq kiminsə od püskürməsini istəmir və başqalarına görk olsun deyə hərəkətə keçir. Lakin sənətçi üçün özünü senzuralamaq onun yaradıcılığının intiharıdır.

Henri Toro “günahsızların həbsə salındığı dövlətdə ədalətli adamların əsl yeri həbsxanadır” yazır. Toro cənub plantatorlarının mənafeyi üçün Meksika ilə aparılan müharibəyə etiraz olaraq dövlətə can vergisi ödəməkdən imtina edir və buna görə həbs olunur. Bir əhvalata görə, Ralf Emerson gəzinti zamanı təsadüfən həbsxana pəncərəsində Toronu görüb soruşur: “Henri, sən niyə ordasan?” Toro cavabında “Ralf, bəs sən niyə burda deyilsən?” deyir.

İndi isə biz də burdayıq: Jurnalistlər həbsdə, siyasətçilər həbsdə, ictimai fəallar, hətta reperlər də həbsdə.
234 1104
“British Petroleum” (BP) və İtaliyanın “Eni SpA” şirkətləri Azərbaycanı çirkli neft satmaqda ittiham ediblər. Bu barədə “Bloomberg” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, “BP Plc” Azərbaycan neftinin bəzi partiyalarında üzvi xloridlərin (organic chlorides) aşkarlanması ilə bağlı xəbərdarlıq edib. Bu maddə artıq miqdarda olduqda, neft emalı zavodlarına və texnoloji avadanlıqlara ciddi ziyan vura bilər.

İtaliyanın enerji şirkəti “Eni SpA” isə çirkli neft partiyalarından bir neçəsini aldığını və həmin emal sisteminə daxil olduğunu bəyan edib.

Hökumət dairələrində hasilatın artırılması ilə bağlı ciddi göstərişlər verilsə də, görülən tədbirlər və qoyulan investisiyalar hələlik gözlənilən nəticəni verməyib. 2025-ci ildə neft hasilatının 2024-cü illə müqayisədə sabit saxlanılması proqnozlaşdırılıb. Lakin ilin birinci yarısının göstəricilərində artıq proqnozların reallaşmayacağını görmək olur.

Meydan TV-yə danışan “Azneft”də çalışan mütəxəssislərdən bildirib ki, bu sahədə idarəetmədə qeyri-peşəkarlıq və texniki problemlər mövcuddur:

“Bir çox quyuların istismarında texniki yanlışlıqlara yol verilir. Hətta bəzi quyular bir müddət dayandırıldı. Onların yenidən istismarı çətinləşib”.

Ətraflı saytımızda.
106 1865
Dünya mediasının paylaşdığı bu iki foto günlərdir sosial medianın gündəmidir.

İsrailin blokadasında olan Qəzzada insanlar aclıqla üzləşiblər.

Aralarında daha çox uşaq və qadın olan qəzzalılar sağ qalmaq uğrunda mübarizə aparırlar.

BMT İsraili blokadanı dərhal ləğv etməyə çağırıb.

BMT rəsmiləri isə xəbərdarlıq eləyirlər ki, Qəzzaya tezliklə humanitar yardım çatdırılmasa, insanlar bombardmandan yox, qida çatışmazlığından öləcəklər.

Fotolar: Anadolu via Reuters Connect
619 3579
Bakıda və Abşeronda su qıtlığı müşahidə olunur
29 528 20155
Fransa Prezidenti Emmanuel Makron sentyabr ayında Fələstin dövlətini rəsmi şəkildə tanıyacaqlarını bəyan edib. Bu addım atılarsa, Fransa Fələstini tanıyan ilk G7 ölkəsi olacaq.

Makron bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. Bildirib ki, rəsmi açıqlama sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyası sessiyasında ediləcək:

“Bu gün təcili ehtiyac Qəzzadakı müharibənin dayandırılması və mülki əhalinin xilas edilməsidir. Bizə dərhal atəşkəs, bütün girovların azad edilməsi və Qəzzaya genişmiqyaslı humanitar yardım lazımdır”.

“Yaxın Şərqdə ədalətli və davamlı sülhə sadiq qalaraq, Fransa Fələstin dövlətini tanıyacaq. Həmçinin HƏMAS-ın silahsızlaşdırılması təmin olunmalı, Qəzza təhlükəsizləşdirilməli və yenidən qurulmalıdır. Fələstin dövləti qurulmalı, yaşamaq qabiliyyəti təmin edilməli və İsraili tam şəkildə tanımaqla, bölgədə hər kəsin təhlükəsizliyinə töhfə verməlidir. Alternativ yoxdur”,- Makron paylaşımında belə yazıb.

Fransa Prezidenti Fələstin muxtariyyatının rəhbəri Mahmud Abbasa ünvanladığı məktubda qərarını rəsmi şəkildə təsdiqləyib.

Fələstin rəsmiləri Makronun bu qərarını alqışlayıb. Abbasın müavini Hüseyn Əl-Şeyx AFP-yə bildirib ki, bu mövqe Fransanın beynəlxalq hüquqa və Fələstin xalqının öz müqəddəratını təyin etmə və müstəqil dövlət qurmaq hüququna sadiqliyini göstərir.

İsrailin Baş naziri Benyamin Netanyahu isə Makronun qərarını sərt tənqid edib:

“7 oktyabr qətliamından sonra Tel-Əvivin yanında Fələstin dövlətinin tanınması terroru mükafatlandırmaqdır. Bu şərtlər altında qurulacaq Fələstin dövləti İsraillə yanaşı yaşamaq üçün deyil, onu məhv etmək üçün tramplin olacaq. Gəlin açıq danışaq: fələstinlilər İsrailin yanında deyil, onun yerində dövlət istəyirlər”.

ABŞ dövlət katibi Marko Rubio da Fransanın bu qərarını “məsuliyyətsiz və təhlükəli” adlandıraraq Vaşinqtonun onu “qəti şəkildə rədd etdiyini” bildirib.
109 1175
Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırılır.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Doktorantura:

Elmlər doktoru hazırlığı – 450 manat; Fəlsəfə doktoru hazırlığı – 300 manat.

Magistratura:

91-100 bal – 240 manat; 71-90 bal – 180 manat; 51-70 bal – 120 manat.

Bakalavriat:

91-100 bal – 200 manat; 71-90 bal – 160 manat; 51-70 bal – 110 manat.

Orta ixtisas təhsili:

91-100 bal – 110 manat; 71-90 bal – 90 manat; 51-70 bal – 70 manat.

Peşə təhsili:

"5" (91-100 bal) – 110 manat; "4"-"5" (71-90 bal) – 90 manat; "3"-"5" (51-70 bal) – 70 manat.

Sizcə, bu təqaüdlər tələbələrin xərclərini qarşılamağa kifayət edirmi?
21 578
Rusiyanın tanınmış media siması Mixail Qusmanın TASS xəbər agentliyindəki işindən çıxarılıb.

Rusiya Baş naziri Mixail Mişustinin imzaladığı sərəncama əsasən, Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad olunub.

TASS Rusiyada dövlətə məxsus yeganə rəsmi xəbər agentliyi statusuna malikdir. 75 yaşlı Qusman 30 ilə yaxın müddətdə bu agentliyin müxtəlif strukturlarında çalışıb və agentliyin simalarından biri hesab olunub.

Mixail Qusmanın sonuncu xarici səfəri bir neçə gün əvvəl Azərbaycana olub və Şuşa Qlobal Media Forumunda iştirak edib.
31 879
Bakının müxtəlif ərazilərində su təchizatı ilə bağlı ciddi problemlər yaşanır.

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində içməli suyun yalnız dörd gündən bir verildiyi, Yasamal rayonu, MİDA yaşayış kompleksində isə sakinlərin ümumiyyətlə susuz qaldığı bildirilir.

Xırdalan, Lökbatan, Zığda da su təchizatı ilə bağlı problemlərin olduğu qeyd edilir.

Məlumatlara görə, şəhərin digər rayonlarında da su təzyiqinin aşağı düşməsi və fasilələrlə verilməsi müşahidə olunur.

Jurnalist Aytən Məmmədova da özünün “Facebook” səhifəsində isti havalarda Bakıdakı su qıtlığından yazıb:

“Əhalinin su təminatına məsul olan dövlət qurumu nə işlə məşğuldur? "Azərsu" adını dəyişdi, nə oldu, keyfiyyət əvvəlkindən də bərbaddır.

İdarə edənlərin hərəsi bir imarətdə yaşayır, özlərinin hər cür şəraitləri, başqaları veclərinə deyil.

İnsanda utanan sifət, ar damarı olmalıdır, o da bunlarda yox…”

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Bakı və Bakıətrafı ərazilərdə suyun verilməsində yaranan fasilələr müxtəlif səbəblərlə bağlıdır:

"Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbii haldır. Bu səbəbdən, mövcud su qurğuları və daşıyıcı kəmərlərin ifrat yüklənməsinin qarşısını almaq və qəza risklərini minimuma endirmək üçün müəyyən tənzimləmə işləri aparılır".
76 924
Algeti çayı Marneuli şəhərinin mərkəzindən keçir. Şəhərdə əsasən azərbaycanlılar yaşayır və insanlar bu çayın yaxınlığında bazarda toplaşır. Yerli sakinlər illərdir bu ekoloji problemdən şikayətlənirlər, amma hələ də bunun həll yolu tapılmayıb.
20 854 54976
Kreml: Zəngəzur dəhlizi Ermənistan və Azərbaycanın suveren işidir
20 440 23833
Həm evləri sökülür, həm özləri döyülür

Bakının Nərimanov rayonu, Montin-Keşlə ərazisinin sakinləri etiraz edirlər. Onların evləri sökülür, özləri isə polis zorakılığına məruz qalırlar. Sakinlər çəkiliş etdikləri üçün bölməyə aparıldıqlarını, şiddət gördüklərini deyirlər. Söküntüyə əsas kimi sənədlərin olmadığı deyilir, vətəndaşlar isə buna etiraz edirlər. Onlar sual edirlər: “əgər sənədlər qaydasında deyildisə, tikintilər qanunsuz idisə, necə onlara işıq, su, qaz xəttləri çəkilib?”
142 2369 82758